Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

"Unikal" xəbər verir ki, bağlanış oyununda “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma “sarı-göylər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 20-yə çatdıran “Kəpəz” doqquzuncu pillədə qalıb. “Araz-Naxçıvan” isə 27 xalla altıncı yerdədir.