6 fevral 2023-cü ildə baş verən Kahramanmaraş zəlzələlərin ildönümü səbəbiylə sabah Hatayda təhsil 1 gün müddətinə dayandırılacaq.

"Unikal" xəbər verir ki, qərar Hatay valiliyi tərəfindən açıqlanıb.

Sabah Türkiyədə bütün məktəblərdə isə fevralın 6-da baş vermiş zəlzələlərdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.