“O, prezident idi, yəqin ki, nəsə səhv edərdi” deyənləri başa düşmürəm. Məni ittiham etdikləri heç nə etməmişəm".

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili “Facebook” sosial şəbəkəsində yazıb.

Saakaşvilinin qeyd etdiyinə görə, nə qədər ki, ağzında can var, o, gürcülər və ukraynalılar üçün tarixi ədalət və daha yaxşı gələcək üçün mübarizəni dayandırmayacaq.

“Xalq Müdafiəçisi Şurasının rəyi dərc olunub. Bundan əvvəl İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi praktiki olaraq belə qənaətə gəlmişdi ki, olduğum şəraitdə məni sağaltmaq əslində mümkün deyil, amma əsas olan mənim sağlamlıq vəziyyətim deyil - Gürcüstana gələndə bilirdim ki, həyatımı təhlükəyə atıram. Əsas olan mənim və bir çox başqa insanların başına gələn haqsızlıqdır. Ən çox da insanların bu ədalətsizliyə dözməsini istəmirəm. “O, prezident idi, yəqin ki, nəsə səhv edərdi” deyənləri başa düşmürəm. Məni ittiham etdikləri heç nə etməmişəm!

Mən xalqımızın əksəriyyətinə və ümumən tarixi ədalət hissinə ümid edirəm. Nə qədər ki, canım ağzımdadır, gürcülər və ukraynalılar üçün tarixi ədalət və daha yaxşı gələcək üçün mübarizəmi bir saniyə belə dayandırmayacağam.

Əslində biz çox, böyük əksəriyyətik! Əsas odur ki, bir-birimizi görək, gücümüzə inanaq, heç kimin bizi qabaqlayıb məhv etməsinə imkan verməyək. Biz qalib gələcəyik!”, - Saakaşvili sosial şəbəkədə yazıb.