Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı Böyük Britaniyada səfir vəzifəsinə razılaşıb.

"Unikal" xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yevgeni Şevçenko bildirib.

“Demək istərdim ki, məndə olan məlumata görə, Zalujnı Böyük Britaniyada səfir postuna razılıq verib. Çox güman ki, o, ora gedəcək və biz bilirik ki, səfir göndərilən insanlar siyasi təqaüdçüdür. Ukraynada bu bir ənənədir”, - deyə Şevçenko qeyd edib. 

Bundan əvvəl Zalujnının Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptala ilə birlikdə vəzifəsindən azad ediləcəyi bildirilirdi. 

Nuranə Abbasova