"Real Madrid" portuqaliyalı futbolçu Kriştianu Ronaldonu ad günü münasibətilə təbrik etməyən yeganə keçmiş klubu olub.

"Unikal" xəbər verir ki, fevralın 5-də Ronaldonun 39 yaşı tamam olub.

"Sportinq Lissabon", "Mançester Yunayted" və Turinin "Yuventus" klubları sosial şəbəkələrdə təbrik mesajları dərc ediblər. Lakin "Real" bu təbriklərə qoşulmayıb. 

Hücumçu 2009-2017-ci illərdə "Real"da çıxış edərək, klub tarixinin bombardiri olub. Madrid komandasının üzvü kimi o, dörd Çempionlar Liqası, iki dəfə İspaniya çempionatı, ölkə kuboku və Superkubok, həmçinin UEFA Superkubokunun qalibi olub. O, həmçinin üç dəfə Klublararası Dünya Çempionatının qalibi olub.

Hazırda Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda oynayır. Bu mövsüm o, bütün yarışlarda 25 komanda matçında iştirak edib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib.

Nuranə Abbasova