Dortmund "Borussiya"sının futbolçusu Tomas Munier karyerasını Türkiyədə davam etdirəcək.
"Unikal" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayəb.
O, 32 yaşlı müdafiəçinin yaxın günlərdə "Trabzonspor"a keçəcəyini bildirib. Türkiyə mətbuatı isə Belçika millisinin üzvü ilə 1.5 illik müqavilə imzalanacağını yazıb.
Qeyd edək ki, əsasən PSJ-dəki (2016-2020) çıxışı ilə tanınan Munier 2020-ci ildən "Borussiya"da oynayır. O, bu mövsüm Dortmund klubunda ümumllikdə 9 oyun keçirib.