İsveçin “Yurqorden” komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı yerli azarkeşlərlə münasibətindən danışıb.
"Unikal" xəbər verir ki, 22 yaşlı hücumçu İsveç mətbuatına açıqlamasında fanatların ona hər zaman hər zaman dəstək verdiyini bildirib.
Gənc forvardın sözlərinə görə, hətta uduzduqları oyunlardan sonra belə, tərəfdarlardan müsbət mesajlar alır.
Qeyd edək ki, Musa Qurbanlı ötən ilin yayında “Yurqorden” klubu ilə 3 illik müqavilə imzalayıb.