Siyasi təşkilatlar və partiyalar Milli Şuradan uzaqlaşmağa çalışır
22:14 02-05-2013
CƏMİYYƏT
Ziyalılar Forumunun təşəbbüsü ilə yaradılan Milli Şuranın elan edilməsi ləngiyə bilər. Müxalifət funksionerləri qurumun mayda yaradılacağını bildiriblər. Ancaq hazırlıq prosesində buraxılan xətalar Milli Şuranın geniş tərkibli olmasına əngəllər yaradıb. İdeya müəllifi Rüstəm İbrahimbəyovun müxalifət daxilində ayrı-seçkilik salan açıqlamaları öz sözünü deyib.
Ziyalılar Forumunun çətiri altında köhnə regionçuların söz sahibi olduğu qurumun - El hərəkatının yaradılması çoxlarında şühbə yaradıb. Hesab olunur ki, yeni qurum da El hərəkatına oxşayacaq. Müxalifət daxilində təşəbbüsü əldən vermək istəməyən Müsavat Partiyasının funksionerləri Milli Şuraya qarşı "Rusiyapərəst" və "müstəqillik əleyhdarı" ittihamları ilə suçlamaları gücləndiriblər. Hiss olunur ki, ənənəvi müxalifət Milli Şuranın yaranmasından çox tədirgindir. Ana müxalifət statusu qazanmaq istəyən Müsavata hazırkı gedişat sərf etmir. Müsavatla yanaşı, digər partiyalar da kənarda qalacaqlarından ehtiyat edirlər.
Milli Şuranın yaranmasını istəyən tək partiya AXCP-dir. Əli Kərimlinin məqsədi isə müxalifətin vahid namizədi olmaqdır. AXCP-də hesab edirlər ki, bu, Ziyalılar Forumunun və El hərəkatının dəstəyi ilə mümkündür. ADP sədri Sərdar Cəlaloğlu da Əli Kərimlinin namizədliyini dəstəkləyir. Amma onun müxalifət kimi qəbul olunmasına Müsavatətrafı qüvvələr maneçilik törədirlər. "Yeni Müsavat"ın ADP sədrinin əyalət müsavatçıları ilə dalaşdırmasının əsas səbəbi də məhz budur. Müsavat böyük birliyin yaranmasında maraqlı deyil. Çünki böyük birlikdə Müsavat başqanı vahid aday kimi qəbul olunmayacaq. Müsavatətrafı qüvvələrə gəlincə, onlar da Milli Şuranın yaranmasını istəmirlər. KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın yaranmasına dəstək vermək üçün şərtlərini irəli sürüb. Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi KXCP-nin Ali Məclisi milli birlik modeli kimi təklif olunan Milli Şura ilə bağlı bəzi təkliflər verib. Partiya hesab edir ki, Azərbaycanda dövlətçilik ənənələrini, xüsusilə də 1918-ci ildə yaradılmış, 1991-ci ildə bərpa edilmiş çağdaş dövlətçiliyin prinsiplərini özündə ehtiva edən tarixi, hüquqi, milli və əxlaqi dəyərləri əsas götürərək demokratik qüvvələri bir araya gətirəcək Milli Şura Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya Aktına imza atmış istiqlalçı millət vəkillərindən; müstəqillik dövründə demokratik düşərgədən Milli Məclis üzvü seçilmiş millət vəkillərindən; son parlament seçkilərində müxalifətdən iştirak edən və Avropa İnsan Haqları Məhkəməsi tərəfindən pozulmuş haqları tanınan namizədlərdən ibarət olmaqla 125 nəfərdən təşkil olunsun.
KXCP-nin təklifi əslində reallığa və ədalət prinsipinə daha uyğundur. Bu prinsiplə Mili Şura formalaşarsa, o zaman qurum əksər müxalifət nümayəndələrini əhatə edəcək. Amma bir iş var ki, o zaman Ziyalılar Forumunun əksər üzvü, o cümlədən Rüstəm İbrahimbəyov, Rafiq Əliyev kimi adamlar kənarda qalacaqlar. Bu baxımdan Ziyalılar Forumu bu təklifə "hə" deməyəcək. Və KXCP-nin təklifi dağıdıcı, pozucu təşəbbüs kimi qiymətləndiriləcək. Ümumiyyətlə, partiyaların artıq şərtlə danışmaları Milli Şura ideyasının cəlbedici olmadığını, siyasi qurumların ona inanmadığını və partiyaların qurumdan uzaqlaşmaq üçün bəhanə aradıqlarını göstərir. Böyük ehtimalla, Milli Şura İctimai Palatanın bir az böyüdülmüş forması olacaq. Müsavatsız yaradılarsa, o zaman müxalifətin böyük bir hissəsi MŞ-da təmsil olunacaq.
Mehdi
Digər Xəbərlər
2024-12-29 12:28:08
2024-12-29 12:26:00
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15