Almaniya kubokunda 1/4 final mərhələsinin oyunları davam edir.

"Unikal" xəbər verir ki, ötən gecə daha bir görüş keçirilib.

Bundesliqanın lideri “Bayer” “Ştutqart” üzərində əzmkar qələbə ilə yarımfinala yüksəlib.

6 fevral

"Bayer" – "Ştutqart" - 3:2
Qollar: Andrix, 50. Adli, 66. Ta, 90 – Anton, 11. Fuhrix, 58.

Qeyd edək ki, buna qədər "Fortuna" (Düsseldorf) və "Kayzerslautern" də yarımfinala yüksəlmişdi. Sonuncu yarımfinalçı isə bu gecə keçiriləcək "Saarbrüken" – "Borussiya" (Mönxenqladbax) matçından sonra bilinəcək.