"Barselona"nın idman direktoru Deko "Roma"nın sabiq çalışdırıcısı Joze Mourinyonun Kataloniya təmsilçisinin baş məşqçisi təyin oluna biləcəyi barədə xəbərlərə münasibət bildirib.

"Unikal" xəbər verir ki, mütəxəssis portuqaliyalı məşqçi ilə danışıqlar aparmadıqlarını deyib:

“Mourinyo və "Barselona"? Joze mənim dostumdur. Amma biz uzun müddətdir ki, danışmırıq".

Qeyd edək ki, "Barselona"nın hazırkı baş məşqçisi Xavi mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. Onun komandası İspaniya La Liqasının turnir cədvəlində 50 xalla 3-cüdür.