Azərbaycanın özüdə hərbi təyyarələr hazırlaya bilər
22:17 02-05-2013
CƏMİYYƏT
Azərbaycanın özüdə hərbi təyyarələr hazırlaya bilər
Gürcüstandan maraqlı təklif gəldi
Son zamanlar regionda baş verən proseslər maraqlı nəticələrlə müşahidə edilməkdədir. Belə ki, Rusiya son zamanlar bölgədə nüfuzunu tam bərpa etməyə çalışır və hədəf olaraq ilk növbədə Azərbaycanı seçib.
Vladimir Putinin Ümumgömürük İttifaqını Azərbaycan tərəfinin qəbul etməməsindən sonra iki ölkə arasında ciddi gərginliklər müşahidə edilir və Rusiya çalışır ki, Ermənistan kartından istifadə etməklə Azərbaycana ciddi təzyiqlər göstərsin. Buna görə Ermənistandakı hərbi bazasını iki dəfə böyütdü və Ermənistanın havadan müdafiə sistemini yenidən qurdu. Bununla paralel olaraq Rusiya Azərbaycana silah, o cümlədən hərbi təyyarə satmaqdanda imtina etdi. Ekspertlər həmin zaman bildirdilər ki, Azərbaycan onsuzda yeni müttəfiqlərlə hərbi əməkdaşlığa daha maraqlıdır və bu səbəbdən elə də ciddi problemlər yaranmayacaq. Bunu da qeyd edək ki, hazırda Azərbaycan daha çox İsraillə hərbi əməkdaşlığa maraqlıdır və sonuncu dəfə 1,5 milyard dollarlıq hərbi müqavilə imzaladı. Amma hərbi təyyarə məsələsində Azərbaycanın sıxıntılar çəkəcəyi söylənilirdi və hesab edilirdi ki, bu boşluğu doldurmaq üçün Azərbaycan Ukrayna və yaxudda Fransa ilə əməkdaşlıq edə bilər. Amma bununla bağlı Azərbaycana maraqlı təklif gəlib. Belə ki, hərbi mənbələrdən verilən məlumata görə, Gürcüstan Tiflis Aviasiya Zavodunda (TAM - Tbilisi Aerospace Manufacturing Company) Su-25 təyyarələrinin modernləşdirilmiş versiyalarının istehsalını həyata keçirməyi planlaşdırır. Rəsmi Tiflis layihənin maliyyələşdirilməsi və birgə istehsalın qurulması üçün Azərbaycana müraciət edib. Azərbaycanın hərbi dairələri təklifi müsbət qarşılasalar da, son qərarı hökumət verəcək.Layihə reallaşarsa, təyyarələrin müəyyən hissələri Azərbaycanın hərbi zavodlarında istehsal edilə bilər.Rəsmi məlumatlara görə, Azərbaycan 2002-2003-ci illərdə Gürcüstandan bu ölkədə istehsal edilmiş 13 ədəd Su-25 (12 ədəd Su-25 və 1 ədəd Su-25 UB) tipli hücum təyyarəsi alıb. Bu təyyarələr TAM zavodunda İsrailin "Elbit Systems" şirkəti ilə həyata keçirilən proqramı çərçivəsində istehsal olunub. Müasirləşmədən sonra təyyarə Su-25 "Skorpion" adını alıb.Gürcüstan istehsalı olan döyüş təyyarələrinin sınaqları Azərbaycan pilotlarının iştirakı ilə Azərbaycanda keçirilir. Gürcüstan son 10 ildə Azərbaycanla yanaşı, Konqoya da Su-25 təyyarələri satıb, Türkmənistan Hərbi Hava Qüvvələrinin Su-25 tipli təyyarələrinin təmirini həyata keçirib. TAM zavodu tərəfindən indiyədək 900-dək Su-25 istehsal edilib.Ekspertlər hesab edir ki, əslində Gürcüstanın verdiyi təklif kifayət qədər səmərəlidir və bu təklif gələcəkdə Azərbaycanın özünə də imkan verəcək ki, təyyarə istehsalına başlasın. Digər tərəfdən ekspertlər hesab edir ki, Gürcüstanda hazırlanan hərbi təyyarələr kifayət qədər modernləşib və bütövlükdə kompyuter sistemi İsrailə məxsusdur. Həmçinin bu təyyarələrin hazırlanmasında Türkiyə texnologiyasından da istifadə olunur.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21