Xəbər verdiyimiz kimi, DSX-nin həyata keçirdiyi "qisas əməliyyatı" nəticəsində 4 erməni hərbçisi məhv edilib, bir nəfər isə ağır yaralanıb. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, daha bir erməni hərbçi eyni istiqamətdə ölüb. 

1984-cü il təvəllüdlü Qor Razmiki Asatryan da digərləri kimi "Torpaq Mühafizəsi" hərəkatının üzvü olub. 

***14:16

13 fevral tarixində DSX-nin “qisas əməliyyatı” keçirməsi nəticəsində 4 erməni hərbçi məhv edilib. 

"Unikal" xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi sözügedən hərbçilərin adlarını açıqlayıb. 

Məlumata görə, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu ilə birgə məhv edilən hərbçilər bunlardır: 

Edvard Arutyunyan (1974), Qaqik Manukyan (1982), Arsen Hambardzumyan (1979) və Hraçya Hovhannisyan (1957).

***12:27

Xəbər verdiyimiz kimi, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

"Unikal" xəbər verir ki, əməliyyat nəticəsində məhv edilən erməni hərbçilərin sayı artaraq dördə çatıb. Həmçinin bir nəfər ağır yaralanıb. Bu barədə Ermənistan parlamentinin Müdafiə Komitəsinin sədri Andranik Köçəryan bildirib. 

"Meyitlərin bir hissəsi çıxarılıb, onların hamısı müddətdən artıq hərbi xidmətçidir", - Köçəryan deyib. 

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisinin öldüyünü və yaralının olduğunu açıqlamışdı. 

Ağarza Elçinoğlu 

***09:10

Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi məhv edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yaralıların olduğu da bildirilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb.