“Jurnalistlərə mənzillər şəffaf qaydada veriləcək”
22:11 03-05-2013
CƏMİYYƏT
“Jurnalistlərə mənzillər şəffaf qaydada veriləcək”
“Bəzilərindən irəlidəyik, bəzilərindən geridəyik, bəziləri ilə isə bir sıradayıq”
“Hər bir ölkədə jurnalistə müəyyən təzyiqlər olur və biz də bundan sığortalanmamışıq”. Bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələrlə şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov beynəlxalq dəyərə çevrilən söz və mətbuat azadlığının cəmiyyətin həyatında rolunu dəyərləndirib və bildirib ki, demokratik vətəndaş cəmiyyəti, siyasi plüralizm media azadlığının təminatıdır: “Demokratik dövlət ictimai-siyasi institutların mövcudluğunu təmin edir.
Cəmiyyətdə baş verən bütün hadisələri çatdıran media azad olmalı, hakimiyyətin mandatının formalaşmasına yardım etməlidir. Əgər desək ki, Azərbaycan mətbuatının bütün problemləri həll olunub, bu, ədalətsizlik olardı. Bəzi beynəlxalq təşkilatlar Azərbaycan mediasının ünvanına subyektiv fikirlər yürüdürlər. Lakin heç bir media iddia edə bilməz ki, onun fəaliyyətində məhdudiyyətlər var”.
Azərbaycanda media azadlığının təminatı barədə danışan Əli Həsənov bildirib ki, ölkədə senzuranın ümummilli lider Heydər Əliyev tərəfindən ləğv olması Azərbaycan mediasının gələcək inkişafının əsasını qoyub.
"Senzura "buzu" əriyəndən sonra mətbuatla cəmiyyət üz-üzə qaldı. Mediada hər kəs savadlı, etik normalara uyğun jurnalist deyil və bununla bağlı bir çox məhkəmə çəkişmələri oldu. Getdikcə bu məsələlər öz axarına düşdü. Azərbaycan hakimiyyətinin iradəsində azad media, söz azadlığını formalaşdırmaq durub. Azərbaycanda heç bir jurnalist deyə bilməz ki, istədiyi hadisə barədə məlumat yığıb, onu yaymaqda qadağalar qoyulub. Bütün şəxslər jurnalis fəaliyyəti ilə məşğul ola bilər, onlara məhdudiyyətlər qoyanlar qarşılarında dövləti görəcəklər".
PA şöbə müdiri media qarşısında duran vəzifələrdən də danışıb.
Onun sözlərinə görə, media siyasiləşmə tendensyasından qurtulmalıdır: ” Hazırda iqtidar, müxalif, müstəqil və reket media fəaliyyət göstərir. Azərbaycan hakimiyyətinin də əsas məqsədi medianı normal fəaliyyət istiqamətinə yönəltməkdir. Diffamasiya mühiti indikindən qat-qat artıq ictimai normalara riayət etməsini tələb edir. Ya media mühiti bu məsələlərdə diqqətli olmalıdır, ya da biz diffomasiya mühiti yarada bilməyəcəyik. Bəlkə də bunun üçün müvafiq kurslar açılmalıdır".
Əli Həsənov mediada olan reket jurnalistikadan, öz fəaliyyətini təhdid üzərində quran jurnalistlərdən xilas olmağın vacibliyini də vurğulayıb. “Medianın maddi texniki bazasının yaxşılaşdırılması məsələsinə toxunaraq Azərbaycanda dövlət tərəfindən mediaya göstərilən yardımın şəffaflaşdırılması ilə bağlı məsələni də bildirib.
"Mən sizə söz verirəm, jurnalistlər üçün tikilən evlərin paylanması da tam şəffaf keçiriləcək və yalnız layiq olan jurnalistlərə təqdim olunacaq. Seçim 3 prinsip əsasında aparılacaq. Bunlar Azərbaycanda xidməti, haqqı, ehtiyacı olan jurnalistlər olacaq", - o vurğulayıb.
Əli Həsənov medianın mövcud durumuna subyektiv yanaşan daxili və xarici qüvvələrin olduğunu deyib: “Bunlara da həqiqəti çatdırmalıyıq və bu reallığı sübut etməliyik ki, Azərbaycandakı hazırkı media mühiti öz demokratikliyi, şəffaflığı və jurnalistlərin fəaliyyətinə yaradılan şəraiti ilə dünya ölkələrindən çox da fərqlənmir. Bəzilərindən irəlidəyik, bəzilərindən geridəyik, bəziləri ilə isə bir sıradayıq”.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59