Qanunlar da Kərəm Həsənova işləyir?
22:12 03-05-2013
CƏMİYYƏT
Qanunlar da Kərəm Həsənova işləyir?
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə bağlı problemlərin ilginc sirri
Ölkədə korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri sırasında qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi və şəffaflığın təmin olunması kimi məsələlər öndə durur. Son zamanlar bu istiqamətdə xeyli işlərin görülməsinə baxmayaraq, hələ də çatışmayan cəhətlər mövcuddur.
Ekspertlərin fikrincə, qüsurlu qanunların icrasından sui-istifadə edən məmurların fəaliyyəti nəticəsində korrupsiya hallarının baş verməsinə real şərait yaranır. Şəffaflığın və
açıqlığın təmin olunması sahəsində hələ də vətəndaşlar üçün problem olan dövlət qurumları sırasında Kərəm Həsənovun Rəhbərlik etdiyi Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyindəki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin adı xüsusilə vurğulanır.
Hüquqşünaslar bildirirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti ilə bağlı problemlər ilk növbədə qanunvericilik problemləridir. Sonrakı məqam isə korrupsiogen normalarla zəngin olan qanunvericilikdən bəhrələnən icra hakimiyyəti orqanları və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin fəaliyyəti ilə bağlıdır. Məhs bu problemlər praktikada da özünü büruzə verir. Tutaq ki, iki təşkilat, yaxud fərd arasında borc mübahisəsi var. Bu zaman problemdən çıxış yolu kimi əsas üsullardan biri borclunun hansı əmlakının olmasını müəyyənləşdirməkdir. Lakin belə məlumatı əldə etmək elə də asan məsələ deyil.
Belə hallarda borcverənin əvvəlcədən məlumatı olmalıdır ki, həmin əmlakın özəlləşdirilməsinin qarşısının alınması üçün müvafiq vəsatətlər verə bilsin. Əfsuslar olsun ki, hansısa potensial cavabdehin daşınmaz əmlakı barədə edilən sorğuya heç bir cavab verilmir. Sadəcə bildirilir ki, bu məsələ məhkəmə qaydasında vəsatətvermə yolu ilə həllini tapa bilər. Axı borclu iddianı hələ vermədiyi halda əmlak barədə məhkəmədə necə vəsatətlə çıxış edə bilər. Digər tərəfdən, məhkəmədə vəsatət qaldırıldıqda cavabdeh tərəf ayılacaq və işə baxılana qədər əmlakını
çox asan şəkildə özəlləşdirə bilər. Təəssüf ki, bu məsələ hələ də açıq qalır.
Hüquqşünasların sözlərinə görə, bu problem ondan irəli gəlir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanunun dövlət reyestrinin açıqlığı ilə əlaqədar müddəa icra edilmir. Sözügedən qanunun 5-ci maddəsində açıq şəkildə göstərilir ki, “daşınmaz əmlakın təsviri, onun dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına dair dövlət reyestrində arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanunla və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
Göründüyü kimi bu müddəa özü-özlüyündə bir ziddiyyət yaradır. Təsəvvür etmək mümkün deyil ki, əgər müvafiq şəxsin elektron imzası yoxdursa, o, öz vərəsəlik hüququnu necə təsdiq edə bilər? Burada söhbət ondan gedir ki, Dövlət Reyestri o hissədə cəmiyyətə açıqdır ki, həmin hissə konkret şəxsə aid olsun. Əslində belə yanaşma mülkiyyətində bir neçə xırda mənzili, yaxud həyətyanı torpaq sahəsi olan şəxslərə lazım deyil. Bu, korrupsiya yolu ilə varlanan şəxslərə lazımdır ki, insanların Konstitutsiyada əksini tapmış məlumat almaq hüququnu məhdudlaşdırsınlar.
Qanunvericilikdə belə bir müddəanın yer alması ilk növbədə tutduğu vəzifənin səlahiyyətlərindən sui-istifadə edərək öz mülkiyyətini genişləndirən məmurlara aiddir. Çünki onlara belə qapalı sistem sərfəlidir. Məhz bunun
nəticəsidir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri vətəndaşlar üçün tam açıq deyil.
Maraqlı isə orasıdır ki, qanunvericilikdəki bütün bu ziddiyyətlər və boşluqlarla bağlı Kərəm Həsənov və onun komitəsi niyə heç vaxt məsələ qaldırmır? Görəsən ona görəmi ki, indiki şərtlərlə işləmək onlara sərf edir?
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21