Milli Şuranın son nəfəsi
22:17 03-05-2013
CƏMİYYƏT
Bu müxalifətin yox, Eldar Namazovun birliyi olacaq
Mili Şuraya olan ümidlər deyəsən bir dəfəlik dəfn edildi. Bunu elə Klassik Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlunun açıqlamasından da görmək olar. “Milli Şuranın yaradılması istiqamətindəki proseslərdən hiss olunur ki, bu müzakirələr dostların bu və ya digər danışıqları adlandırılsa, daha yaxşı olar”.
Bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.Partiya sədri bildirib ki, KXCP Milli Şuranın yaradılması istiqamətində danışıqlara dəvət olunmayıb, lakin müxalifətin birlik formatı barədə təkliflərini təqdim edib: “Milli Şuranın yaradılması istiqamətində danışıqlar aparanların öz təklifləri, maraqları var və işlərini görürlər. Prosesdən hiss olunur ki, bu müzakirələr Milli Şuradan daha çox dostların bu və ya digər danışıqları adlandırılsa, daha yaxşı olar. Müxalifətin yeni birliyinə hər zaman ehtiyac var. Biz bu birliyin formatını təqdim etmişik. Lakin bəzi yanaşmalara görə bu birlik hazırda aktuallığını itirib”.Qeyd edək ki, bir müddət öncə KAXCP Milli Şuranın yaradılması ilə bağlı təkliflər səsləndirdi. Amma təkliflərin verilməsindən dərhal sonra EL hərəkatının üzvlərindən olan Eldəniz Quliyev bu təklifləri qəbul etmədiyini söylədi. Və aydın oldu ki, əslində Milli Şuranın yaradılması ilə məşğul olan şəxslərin məsələyə bir qısqanc yanaşmasıda var. Əgər həqiqətən onlar müxalifətin birliyini istəyirdilərsə onda ən azından bu təkliflərin birgə müzakirə olmasına çalışardılar. Amma belə bir görüş olmadı və siyasi proseslərə yeni-yeni qatılmağa çalışan Eldəniz Quliyev simasında bu təkliflər aşağılandı. Məhz bundan sonra KAXCP-in də təmsil olunduğu Məşvərət Məclisinin üzvü olan AMİP bəyanatla çıxış edərək seçkilərdə İsa Qəmbərin və ya Eldar Namazovun namizədliyini dəstəkləməyəcəklərini və öz namizədləri ilə seçkilərə qatılacaqlarını bildirdilər. Bununla da aydın oldu ki, Milli Şura əslində yığcam bir klub halına düşəcək. Ən maraqlı başqa bir detal isə budur ki, Milli Şuranı yaradanların özlərinin fikirləri arasında ciddi ziddiyətlər mövcuddur. Hələ bir ay öncə açıqlama verən Rafiq Əliyev bildirmişdi ki, artıq bu məsələdə pessimistdi və siyasətçilərin iddiaları imkan verməyəcək ki, nəzərdə tutulan yaradılsın. Bundan dərhal sonra Eldar Namazov və Eldəniz Quliyev açıqlama verərək bildirdilər ki, Rafiq Əliyevin dedikləri düzgün başa düşülməyib. Üstündən bir müddət keçəndən sonra buda aydın oldu ki, artıq ideya müəllifi sayılan Rüstəm İbrahimbəyovda faktiki məsuliyyəti üzərindən atıb. Belə ki, o açıqlama verərək birincisi ölkəyə gəlməyəcəyini, ikincisi isə ideya ona məxsus olsada bunun reallaşmasının məsuliyyətinin partiya sədrlərinin daşıdığını bildirdi. Bununla da aydın oldu ki, artıq Milli Şuranın yaradılması mümkünsüzləşib. Bundan başqa buda məlum oldu ki, əslində Milli Şura müxalifətin ümumi birliyi yox, sırf Eldar Namazovun namizədliyini müdafiyəyə yönəlmiş birlikdir. Müşahidəçilərdə bildirir ki, əslində bu gün Milli Şuranın sadəcə təbliğatı həyata keçirilir və bir müddətdən sonra forması dəyişdirilərək yalnız Eldar Namazovun birliyi olacaq. Görünür bu səbəbdən də istər Əli Kərimli, istərsə də İsa Qəmbər danışıqlarda aktivlik nümayiş etdirmirlər və İsa Qəmbər artıq öz seçki qərargahını yaradaraq fəaliyyətə başlayıb.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51