Heydər Camaldan xəbərdarlıq: “Müharibə hər an başlaya bilər”
22:20 03-05-2013
CƏMİYYƏT
Araz Aslanlı: “Dağlıq Qarabağ cəbhəsində tətikdə erməni barmağı olsa da, atəş əmrini verən ruslardır”
Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal bildirib ki, “Rusiya-Azərbaycan münasibətlərinin soyuqlaşmasının ən başlıca səbəblərindən biri Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərini müharibə yolu ilə geri qaytarmaq istəməsidir”.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri bu vaxta kimi də o qədər yaxşı olmayıb: “Son vaxtlar isə münasibətlər daha da soyuqlaşıb. Bunun səbəbləri bir sıra faktorlarla bağlıdır. Belə ki, ABŞ-ın Əfqanıstandan qoşunlarının Azərbaycan ərazisindən keçməklə çıxarmaq niyyəti, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonların müharibə yolu ilə azad etmək istəməsi və bu istiqamətdə NATO və İsrailin Azərbaycana mümkün qeyri-formal dəstək verməsi iki ölkə arasında münasibətləri soyuqlaşdırıb. Bütün bunlar rəsmi Moskvanın regionda təsir imkanlarını məhdudlaşdırır, bir sözlə əlini qolunu bağlayır. Və imkan vermir ki, Moskva Ermənistanı və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını hərbi yolla müdafiə etsin”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlının “Unikal”a bildirdiyinə görə, “Azərbaycanın itirilmiş ərazilərdə suverenliyini bərpa etmək meyli təbiidir və qəbul ediləndir. Amma unutmayaq ki, Dağlıq Qarabağ cəbhəsində tətikdə erməni barmağı olsa da, atəş əmrini verən ruslardır. Ümumi şəkildə yanaşanda, yəni Şimali və Cənubi Qafqazlardakı prosesləri nəzərə alanda Rusiyanın sözügedən addımını normaldan bir qədər fərqli qiymətləndirmək mümkündür. Yəni istər Suriya ətrafında gedən proseslər baxımından, istərsə də İranın nüvə proqramı ilə bağlı yaranmış situasiya baxımından. Bu məqamda Rusiyanın Azərbaycan və Ermənistanla bağlı münasibətlərində yaranmış çalarları da gözardı etmək olmaz. Hərbi qüvvələrin cəmləşdirilməsi Rusiyanın planlı mütəmadi addımı da ola bilər. Amma bu hadisənin regionla əlaqələndirilməsi istiqamətləri də var. Xüsusən də Azərbaycanla münasibətlərinin indiki səviyyəsini unutmayaq. Qəbələ RLS-nin Rusiyanın istismarından çıxardılmasından sonra ölkələrimiz arasında yaranmış nisbi soyuqluq və bəzi daxili məsələlərə görə ortaya çıxan gərginlikləri, Ermənistana son zamanlar edilmiş səfərlər və birbaşa Rusiya dövlətinin adından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının adından verilən bəyanatlar Rusiya ilə Azərbaycan arasında yaşanmaqda olan gərginliklərdən xəbər verir və bu baxımdan yanaşanda Rusiyanın cənub sərhədlərinə qoşun toplaması müəyyən təhdidlər ola biləcəyinə işarə edir. Bu addımı bir güc sərgilənməsi kimi də dəyərləndirmək mümkündür. Bundan əvvəl də Rusiya cənub sərhədlərinə qüvvə toplamışdı və bu addım Suriyaya mümkün hərbi müdaxiləyə qarşı kontr addım kimi dəyərləndirilirdi. Həmin dövrdə İran ətrafında baş verən proseslərdə də ciddi gərginlik yaşanırdı və hətta İrana müdaxilə ehtimalının artdığı qeyd edilirdi. Amma Rusiya o zaman niyyətini elan eləmişdi və bildirmişdi ki, "İrana hərbi müdaxilə gözlənilir, Suriyaya müdaxilə ehtimalından narahatam və bu məqsədlə də həm Qara dəniz ətrafında, həm də cənub sərhədlərində qüvvələrimi artırıram ki, mümkün hərbi ssenarilərə qarşı hazırlıqlı olum". Onda Rusiya məqsədini elan eləmişdi. İndiki vəziyyətdə buna bənzər mövqe ifadə olunmayıb. Bununla belə, proseslərin ümumi gedişatı bizə müəyyən işarələr verir”.
Politoloqun fikrincə, “Bunun müəyyən bir təzyiq yarada biləcək nəticəsi ola bilər. Yoxsa mütləq şəkildə o demək deyil ki, Rusiya Azərbaycanı işğal etməyə hazırlaşır. Aydın məsələdir ki, istənilən dövlət istənilən dövlətə zərər vermək imkanına malikdir. Ən kiçik dövlətlə ən böyük dövlət arasında müharibə olanda da kimin nə qədər itki verəcəyini proqnozlaşdırmaq çətindir”.
Bununla belə, ekspertlər hesab edirlər ki, əslində Rusiya indiki mərhələdə Dağlıq qarabağ problemi ilə bağlı onun nəzarəti altında imitasiya xarakterli danışıqların getməsində daha çox maraqlıdır. Bu maraq həm də Ermənistana bir mesajdır. Belə ki Rusiya heç bir halda bu gün Ermənistanın hansısa danışıqlarda iştirakında və hansısa razılığın alınmasında maraqlı deyil. Çünki bu tip münaqişələr neçə ki, mövcuddur Rusiyanın regiona təsiri də qalacaq. İndi isə həssas bir məqamdır və Rusiya regiona daha yaxın olmaq taktikası tutur. Hətta buna görə Ermənistan silahlandırılır ki, daha cəsarətli addımlar ata bilsin. Bunu da qeyd edək ki, artıq bir neçə aydır ki, rəsmi Kremlə yaxın analitiklər iddia edir ki, Dağlıq Qarabağ münaqişəsi yenidən alovlanacaq.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17