Əfqanıstanın Nuristan və Pəncşir əyalətlərində güclü qar yağmasından sonra baş verən sürüşmə və uçqunlar nəticəsində onlarla insan həyatını itirib.

“Unikal” xəbər verir ki, mövzu ilə bağlı Əfqanıstanın Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin mətbuat katibi Molla Canan Saik açıqlama verib.

Saik Nuristan əyalətində gecə boyu yağan güclü qarın Tetrin vadisində sürüşmə və uçqunlara səbəb olduğunu bildirib.

Açıqlamada təbii fəlakət nəticəsində çoxlu sayda evin torpaq altında qaldığı qeyd olunub. Eyni zamanda, axtarış-xilasetmə işlərinin davam etdiyi, indiyədək 25 nəfərin cəsədinin tapıldığı və 8 nəfərin isə yaralandığı bildirilib.

Zərifə Nağıyeva