Filippinin Boracay adasından Şanxaya uçan təyyarə Honq-Konqa məcburi eniş edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinə məxsus enerji bankının partlaması olub. 

Hadisə Royal Air Philippines RW602 reysi ilə baş verib. Partlayış təyyarənin salonunda tüstülənməyə səbəb olub. Bundan sonra sərnişin təyyarəsi məcburən enib. 

Ağarza Elçinoğlu