Bu gün Ermənistanın Azadlıq meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçiriləcək. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, mitinqi "Miasin" ictimai-siyasi hərəkatı təşkil edib. 

Hərəkatın koordinasiya şurasının üzvü Qrant Baqratyan bildirib ki, Qarabağ məsələsi artıq bağlanıb, amma Paşinyan hər gün bir söz deyi xalqı aldadır.

Həmçinin qeyd olunub ki, mitinq zamanı Paşinyanın istefa verməsi üçün 100 səbəb açıqlanacaq. 

Ağarza Elçinoğlu