Üç ay əvvəl Niderlandda keçirilən seçkilərdə ən çox mandat qazanan sağçı lider Qeert Vilders, ölkəsinin çox sayda ukraynalı qaçqını qəbul etdiyi üçün "Avropanın axmaqı" olduğunu söyləyib. 

"Unikal" xəbər verir ki, Vilders ukraynalı qaçqınların Niderlanda müharibədən qaçmaq üçün deyil, “pulsuz mənzil” üçün gəldiyini iddia edib.

"Ukraynalılar ölkəmizə Avropanın hər yerindən dəstə-dəstə gəlirlər. Müharibə səbəbindən deyil, pulsuz mənzil, pulsuz sağlamlıq və iş yerlərimiz üçün. Biz Yenə Avropanın axmaq ölkəsi olduq", - o, ifadə edib. 

Bundan əlavə, Vilders bildirir ki, Niderland özünü müdafiə etmək üçün silahlarını saxlamalıdır və Ukraynaya hərbi yardımın davam etdirilməsinə qarşıdır.