Malayziyanın Kralı Sultan İbrahim Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Kraliça Raca Zarit Sofiah ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı bundan sonra daha yüksək tərəqqi və firavanlığa nail olacaqdır.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni yüksək zirvələrə çatdırmaq üçün fəaliyyətinizdə daha böyük uğurlar nəsib etməsini diləyirəm.
Malayziya ilə Azərbaycan Respublikası arasında çoxillik qardaşlıq münasibətlərinin və dostluq əlaqələrinin xalqlarımıza qarşılıqlı fayda gətirərək daha da möhkəmlənməsini arzu edirəm".
Venesuela Prezidenti Nikolas Maduro da Prezident İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
Venesuela Bolivar Respublikası hökuməti və xalqı adından Sizə müraciət etməkdən şərəf duyur və bu fürsətdən istifadə edərək 2024-cü il fevralın 7-də keçirilmiş demokratik prezident seçkilərindəki parlaq qələbəniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırıram.
Həmçinin seçki prosesində Azərbaycan qurumlarının fəaliyyəti zamanı əldə etdikləri uğurları yüksək qiymətləndiririk. Şübhəsiz ki, bu, hərtərəfli inkişafla yanaşı, sülh, rifah və təhlükəsizliyin qorunub saxlanılmasını təmin etməklə, xalqın milli suverenliyə sadiqliyıni təsdiqləyən bariz bir qələbədir.
Azərbaycan xalqının demokratik vətəndaş mövqeyinin ifadəsi ilə Simon Bolivar və Uqo Çavesin vətənindən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və multisentrik, çoxtərəfli dünyanın davamlı şəkildə möhkəmləndirilməsı yönündəki istəklərimızı Sizə çatdırırıq.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha yüksək ehtiramımı və hörmətimi bildirirəm.