Fevralın 20-də 14:20 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti, Səməd Vurğun parkına 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ilə bağlı çağırış daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında deyilir.

Bildirilib ki, azyaşlı saat 14:40 radələrində başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə ambulansla gətirilib.

"Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. Hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Ağstafada ana daşla azyaşlı övladına xəsarət yetirib. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Faktla bağlı Daxili İşlər Nazirliyi araşdrıma aparır.