AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
"Unikal" xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Yığıncaqda Azərbaycan Premyer Liqasının XXIII turun oyunlarında baş verənlər müzakirə olunub. “Sabah” – “Kəpəz” görüşündə 5 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib.
“Sumqayıt” – “Turan Tovuz” qarşılaşmasında meydançaya kənar şəxs daxil olduğuna görə “Gənclik şəhəri” təmsilçisi 800 manat cərimələnib. Matçın 2-ci hissəsi “Sumqayıt” meydançaya gec daxil olması səbəbindən 4 dəqiqə gec başladığı üçün klub 1500 manat ziyana düşüb.