Amerikalı müğənni Teylor Svift ardıcıl ikinci il albomu, mahnıları ən çox satılan musiqi sənətçisi kimi tanınıb.
"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Səsyazma Sənayesi Federasiyasının (IFPI) dərc etdiyi 2023-cü il illik hesabatının məlumatlarında deyilir.
"Anti-Hero", "Cruel Summer", "Lover" müəllifi dördüncü dəfə (2014, 2019, 2022, 2023) bu göstəriciyə nail olub.
IFPI qaydalarına əsasən, hər bir sənətçi üçün yekun xal hesablanarkən onun bəstələrinin musiqi platformalarında və sosial mediada satışları, həmçinin yüklənmələrin sayı nəzərə alınır.
İkinci və üçüncü yerlərdə Cənubi Koreyanın iki qrupu qərarlaşıb: SEVENTEEN və Stray Kids.
Cənubi Koreyadan K-pop janrının daha iki nümayəndəsi yeddinci yerdə "TOMORROW X TOGETHER" və səkkizinci yerdə "NewJeans" qrupları olub.
Ən yaxşı 5 ifaçı sırasına kanadalı reper "Drake" və "The Weeknd" kimi tanınan kanadalı musiqiçi Abel Makkonen Tesfaye də daxildir.