Bakıda ustanın pulu oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 16-da rayon ərazisində yerləşən avtoservislərin birində ustanın 3400 manat pulunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İlkin Çobanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.