Fransa fevralın 22-də Ermənistana müdafiə silahlarının bir partiyasını tədarük edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Qeyd olunur ki, silah partiyasına gecəgörmə cihazları, GM200 radar stansiyaları daxil olacaq.

Tərəflər bu barədə 2023-cü ildə razılığa gəliblər. 

Qeyd edək ki, bu gün həm də Fransanın müdafiə naziri Sebastyan Lekornu tarixdə ilk dəfə Ermənistana səfər edəcək. 

Ağarza Elçinoğlu