Psixopatiya, fərdin empatiya qura bilməməsi, emosional soyuqluq, manipulyasiya davranışı, günahkarlıq hissi və impulslara nəzarət problemləri kimi xüsusiyyətlərin olduğu bir şəxsiyyət pozğunluğudur. Bu pozğunluğu olan insanlar bunun fərqində olmaya bilər. Psixopatiya bir sıra psixoloji və neyrobioloji amillərin qarşılıqlı təsiri nəticəsində baş verə bilən bir vəziyyətdir. Bu vəziyyəti yaşayan psixopatların fərqli xüsusiyyətləri var. 

"Unikal" psixopatı normal insanlardan fərqləndirən davranışları təqdim edir:  

1.  Mızıldanmaq  

Cinayətə görə həbs olunmuş 52 məhkum dil istifadəsi araşdırılıb.  Məlum olub ki,  bu şəxslərin "hmm, um" kimi səsləri daha çox işlədir. Ancaq qeyd etmək lazımdır ki, sadəcə olaraq bu cür dil xüsusiyyətlərini sərgiləmək həmin şəxsin psixopat olduğunu göstərmir. Bu, bəzən stress altında olan insanın danışıq vərdişləri, təhsil səviyyəsi və ya dil bacarıqları ilə bağlı ola bilər.

2. Manipulyasiya

Psixopatlar çox vaxt gücə meyllidirlər. Ağılları və yaxşı idrak qabiliyyətləri sayəsində başqalarını manipulyasiya etməkdə yaxşı ola bilərlər. Psixopatlar yaxşı təəssürat yaratmaqda da fəqrlənirlər. Bundan əlavə, sosial mühitlərdə hərəkət edərkən buqələmun kimi davrana bilirlər, yəni ətraflarına uyğunlaşmaq üçün davranışlarını dəyişlər. 

3. Öz-özünə fokuslanmaq

Bir çox psixopatlar tez-tez özlərinə fokuslanırlar, yəni özlərini kainatın mərkəzi kimi görürlər. Onlar öz hərəkətlərinin başqa insanlara necə təsir edəcəyi ilə maraqlanmaya bilər və bunun əvəzinə digər insanların onlara necə təsir edə biləcəyinə əhəmiyyət verə bilərlər.

4. Narsistik

2007-ci ildə “Nature” jurnalında bir qrup niderlandlı tədqiqatçı psixopatların nevrologiyası ilə bağlı araşdırma aparıb və müəyyən ediblər ki, psixopatlar “bədxassəli narsisizm” nümayiş etdirirlər. Bu xüsusiyyətə görə, psixopatlar davranışları başqalarına ağrı versə belə, laqeyd qala bilər.

5. Çətin uşaqlıq dövrü 

Başqa bir meta-analizə görə, uşaqlıqda laqeydlik, zorakılıq və travma yaşayan uşaqların başqalarının duyğularına qarşı həssas ola biləcəyini düşünülür. Bununla belə, bu məqamda nəzərə almaq lazımdır ki, bütün psixopatların uşaqlıqları qorxunc keçmir. Uşaqlığı problemli keçən azyaşlıların psixopat olma ehtimalı daha yüksəkdir.

6. Təsirlilik

Britaniya Kolumbiyası Universitetinin psixoloqu Robert Hare görə, həbsxanada müşahidə etdiyi psixopatlar və digər araşdırmalarına görə, psixopatlar çox vaxt əyləncəli və zarafatcıl ola bilirlər.  Özlərini tanıtmaqda təsirli ola bilərlər və cazibələrini bu qədər güclü şəkildə istifadə edə bilmələrinin səbəbi insanların içərisinə girə bilmələridir.  

7.  Daim riskə gedirlər

Sosiopatlar və ya psixopatlar çox vaxt impulslarını idarə etməkdə çətinlik çəkirlər. Əgər bir şey etmək istəyirlərsə, nəticəsini düşünmədən irəli gedirlər və bunu edirlər; Onları saxlayacaq qorxu və ya narahatlıq yoxdur. Onlar da nəticələrindən asılı olmayaraq daima riskə gedirlər.

8. Patoloji yalan söyləyirlər 

Psixi sağlamlıq mütəxəssislərinin fikrincə, patoloji yalan psixopatiya diaqnozunda istifadə olunan elementlərdən biridir. Psixopatlar yalnız naharda yedikləri kimi kiçik vəziyyətlər haqqında deyil, həm də hansı kollecə getdikləri kimi böyük hadisələr haqqında yalan danışa bilər. Tədqiqatçılar psixopatların başqalarını manipulyasiya etmək və idarə etmək üçün yalan danışdığını düşünürlər.

9. Gözlənilməz olurlar 

Müxtəlif amillər psixopatların gözlənilməz olmasına səbəb olur. Məsələn, psixopatların nə edəcəyini müəyyən etmək çətin ola bilər, çünki onlar nadir hallarda həqiqəti deyirlər. Ancaq empatiyanın olmaması onlarda dayaz emosiyaların yaranmasına və tez sıxılmasına səbəb ola bilər ki, bu da onların daim yeni və fərqli şeylər axtarmasına səbəb olur ki, bu da onların gözlənilməz davrandıqlarını göstərir.

Gülayə Mecid