"İran Azərbaycana Zəngəzur dəhlizinə alternativ marşrut təklif edib". 

"Unikal" xəbər verir ki, bunu "Ermənistan-İran Strateji Əməkdaşlığın İnkişafı Mərkəzi" Fondunun təsisçi direktoru Puya Hüseyni deyib. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar aparılıb: "İran Azərbaycana alternativ yol təqdim etmək, onu Zəngəzur dəhlizi ideyasından yayındırmaq istəyir. Azərbaycan-Naxıçıvan əlaqəsində İran ərazisindən keçən yola İranın nəzarət edəcəyi dəqiqdir. Burada İranın marağı ondan ibarətdir ki, o, həmin yolda təsir və nəzarətə malik olsun və onun vasitəsilə Azərbaycana da təsirini artırsın". 

Hüseyni bildirib ki, İran hansı addımı atsa da, Azərbaycan və Türkiyə "Zəngəzur dəhlizi" layihəsindən əl çəkməyəcək: "Həmin iki ölkənin uzunmüddətli arzusu və planı Türk dünyasını bir-birinə bağlamaq". 

Ağarza Elçinoğlu