Fevralın 23-də Avropa İttifaqı 13-cü sanksiyalar paketi çərçivəsində Rusiyada 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Ümumilikdə, Aİ sanksiyaları 2000-dən çox Rusiya fiziki və hüquqi şəxsinə şamil edilir.