İran Ukraynadakı müharibə üçün Rusiyaya ballistik raketlər verməsi ilə bağlı ittihamları rədd edib.
"Unikal" xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi açıqlayıb.
"Ballistik raketlərin satışına heç bir hüquqi məhdudiyyət olmasa da, İran müharibəni dərinləşdirməmək üçün Rusiya-Ukrayna münaqişəsi zamanı mənəvi cəhətdən silah sövdələşmələrindən çəkinməyə borcludur. Bu, İranın beynəlxalq qanunlara və BMT Nizamnaməsinə sadiqliyinə əsaslanır", - missiyanın mesajında deyilir.
Ağarza Elçinoğlu