Kütləvi informasiya vasitələrində geniş yayılan foto və videofaktlar, habelə cinayəti törədənlərin etirafları Xocalıda zorakılıqdan xəbər verir. Təəssüf ki, günahkarlar hələ də məsuliyyətə cəlb olunmayıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı "X" səhifəsindəki paylaşımında deyilir.
"Soyqırımın 32-ci ildönümündə Xocalıya ədalət tələb edirik. Şəhidlərin qəbri nurla dolsun!", - A.Hacızadə qeyd edib.
Vast media coverage, photo and video fact, as well as confessions from those responsible attest to the violence in #Khojaly.
— Aykhan Hajizada (@Aykhanh) February 25, 2024
Unfortunately, perpetrators have not yet been brought to justice.
On the 32nd anniversary of the genocide, we demand #JusticeForKhojaly.
Rest in Peace! pic.twitter.com/Nm39rCH5M0