Fələstinin Baş naziri Məhəmməd Ştaye istefa ərizəsini ölkə prezidenti Mahmud Abbasa təqdim edib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Ştaye 2019-cu il martın 10-dan Fələstinin Baş naziri vəzifəsini icra edir. O, Abbasla yaxın münasibətdə idi və tez-tez mətbuatda prezidentin varisi kimi adlanırdı.

***09:06

Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bazar ertəsi istefa verəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Baş nazir Məhəmməd Ştaye istefa ərizəsini Fələstin liderinə təqdim edəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Gülayə Mecid