“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
"Unikal" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqasının XXIV turunun “Sumqayıt”la matçında gerçəkləşib.
Start heyətində meydana çıxan Elvin sabiq komandası ilə görüşdə “100”ə çatıb. 2019-2020-ci illər mövsümündə “Sumqayıt”ın futbolçusu kimi Premyer Liqada ilk matçına çıxan yarımmüdafiəçi 17 oyunda 2 qol vurub. “Qarabağ”da 83 oyuna çıxan futbolçu 6 dəfə fərqlənib.
Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” matçında meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.