Samuxda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, icra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və yerli sakinlər iştirak edib.

Tədbir iştirakçıları Samux şəhərində Samux Şəhidləri Kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Saat 17:00-da Samux rayonu ərazisindəki avtomobil yollarında nəqliyyatın hərəkəti dayandırılıb və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.