Azərbaycan Boks Federasiyasının (ABF) ümumi yığıncağı keçirilib.
"Unikal" xəbər verir ki, ABF-nin Nizamnaməsi yeni redaksiyada təsdiq edilib.
Həmçinin səsvermə əsasında Vasif Sultan oğlu İsmayılov Federasiyanın yeni vitse-prezidenti seçilib.
1972-ci ildə doğulan V.İsmayılov iş adamı kimi və uzun illər diaspora sahəsində fəaliyyət göstərir.