Fransa çempionu PSJ-nin 25 yaşlı fransız hücumçusu Kilian Mbappe İngiltərə "Mançester Yunayted"indən təklif alıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, "Mançester Yunayted" Mbappeyə ümumi maaşı yarım milyard avro olan 5 illik müqavilə, həmçinin azad agent kimi yayda pulsuz transfer üçün 200 milyon avro birdəfəlik bonus təklif edib.

Qeyri-rəsmi məlumatlara görə, Mbappe iyulun 1-də qoşulacağı "Real Madrid"lə artıq müqavilə imzalayıb.

Ağarza Elçinoğlu