Səudiyyə Ərəbistanı Futbol Federasiyasının nizam-intizam komitəsi “Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldunu diskvalifikasiya edə bilər.

"Unikal" xəbər verir ki, buna 39 yaşlı hücumçunun Səudiyyə Ərəbistanı çempionatının XXI turunda “Əl-Şabab” üzərində qələbədən (3:2) sonra azarkeşlərə qarşı nalayiq jest etməsi səbəb olub.

Portuqaliyalı forvardın iki oyun cəzalandırılması gözlənilir.