"Mançester Siti"nin və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero karyerasının mümkün bərpası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Unikal" "Tyc Sports"a istinadən xəbər verir ki, o deyib: “Bu, tamamilə yalandır. "İndependiente" ilə məşq etmək fikrində deyiləm. Bəzən xəbərlər uydurulur. Bəli, kardioloqumdan mesaj aldım. Dedi ki, yaxşıyam. Sağlam olmağım vacibdir, lakin məşqlərə ən yüksək səviyyədə qayıtmaq üçün çoxlu müayinələrdən keçməliyəm”.
Xatırladaq ki, Aquero 2021-ci ildə ürək problemlərinə görə karyerasını başa vurub.