Rusiya Federasiyasının prezident seçkilərini Ermənistandan 2 deputat izləyəcək. 

"Unikal" xəbər verir ki, bu barədə müvafiq nizamnaməni spiker Alen Simonyan imzalayıb.

Deputatlar Vahe Qalumyan və Armen Gevorqyan Rusiyada keçiriləcək prezident seçkilərində müşahidə missiyası aparmaq üçün Moskvaya göndəriləcək.

Rusiya Federasiyasında prezident seçkiləri üzrə əsas səsvermə martın 15-17-də keçiriləcək.

Ağarza Elçinoğlu