Macarıstanın baş naziri Viktor Orban və hakim "Fides" partiyasının nümayəndələri fevralın 26-da Macarıstan parlamentində Aleksey Navalnının xatirəsinə elan olunmuş bir dəqiqəlik sükutda dayanmaqdan imtina ediblər.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Macarıstan parlamentinin iclasının əvvəlində müxalifətçi deputat Bense Torday hər kəsdən Navalnının xatirəsinə ayağa qalxmağı xahiş edib.

Bununla belə, Orban, hakim partiyanın deputatları, eləcə də hökumətinin nazirləri oturduqları yerdən tərpənməyiblər. 

Orban deyib ki, “Macarıstan parlamentində şovinistlərə hörmət edilmir”.

“Gürcü-Rusiya müharibəsi zamanı gürcüləri gəmirici adlandıran adama hörmət etməyəcəyik. Qalanları rahat olsun”, – Orban açıqlamasında deyib. 

Nuranə Abbasova