Polşanın paytaxtı Varşava şəhərində hakimlər üçün A kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.
"Unikal" xəbər verir ki, imtahanda hakimlər heyətinin üzvü Rəşad Əliyev də iştirak edib.
Ədalət təmsilçiləri nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, fevralın 24-25-də keçirilən cüdo üzrə böyüklər arasında Açıq Avropa turnirində görüşləri idarə edərək praktiki imtahan veriblər.
Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Rəşad Əliyev A kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.