ABŞ hakimiyyəti İran Müdafiə Nazirliyinin maraqları naminə Çinə mal çatdıran iki şirkətə sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Söhbət Honq-Konq və Marşal adalarında qeydiyyatdan keçmiş “Kohana” və “Iridescent” şirkətlərindən gedir.

Amerika tərəfinin bildirdiyinə görə, gəmi İrandan Çinə 100 milyon dollar dəyərində yük çatdırıb.

Bəyanatda iddia olunur ki, İran Müdafiə Nazirliyi ilə əlaqəli strukturlar Rusiyaya və ABŞ və onun müttəfiqlərinə qarşı fəaliyyət göstərən qruplara silah verir.