Amerikalı tennisçi Keysi Kaniyanı antidopinq qaydalarını pozduğuna görə cəzalandırılıbb.
"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyinin (ITIA) rəsmi saytında məlumat verilib.
Bildirilir ki, 2023-cü ilin avqustunda Karidə (ABŞ) keçirilən "Challenger Series" turnirində 21 yaşlı tennisçidə narkotik izləri aşkarlanıb. Qeyd edilir ki, Kaniyanın bu maddə üçün terapevtik istifadə icazəsi yoxdur.
Tennisçi günahsız olduğunu sübut edə bilməyib. Kaniyanın cəza müddəti 2026-cı ildə başa çatır.