Amerika administrasiyası hərbi əməliyyatlarda iştirak etmək üçün ABŞ qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil.

"Unikal" "Röyters"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uottson bildirib.

“ABŞ prezidenti Co Bayden açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar Ukraynadakı döyüşlərdə iştirak etmək üçün qoşun göndərməyəcək”, - deyə o vurğulayıb.