NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin növbəti qeyri-rəsmi görüşünə Çexiya ev sahibliyi edəcək, bu barədə təşkilatın saytında dərc olunmuş məlumatda bildirilir .

"Unikal" xəbər verir ki, NATO-nun Brüsseldəki mənzil-qərargahından verilən məlumata görə, xarici işlər nazirləri mayın 30-31-də Praqada bir araya gələcək.

NATO-nun baş katibi Yens Stoltenberq iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlıq kontekstində bu görüşü təşkil etdiyinə görə Çexiyaya minnətdarlığını bildirib. Stoltenberq qeyd edib ki, bu il Çexiyanın NATO-ya üzv olmasının 25 ili və daha 7 Mərkəzi və Şərqi Avropa ölkəsinin alyansa üzv olmağa dəvət olunduğu Praqa Sammitindən 22 il keçir.