BMT bütün tərəfləri Ukraynada münaqişənin daha da gərginləşməsinə səbəb ola biləcək bəyanatlardan çəkinməyə çağırır.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla dünya təşkilatının rəhbərinin nümayəndəsi Stefan Düjarrik Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Kiyevə yardım üçün mümkün göndərilməsi ilə bağlı sözlərini şərh edərkən deyib. 

“Biz onsuz da ölümcül münaqişəni alovlandırmaq potensialına malik bir çox ritorika eşitmişik. Bizim çağırışımız Ukrayna böhranının lap əvvəlindən dəyişməz qalıb və bu, belə ritorikadan qaçmaqdır”, - deyə Düjariik qeyd edib.