Almaniyanın solçu terror qruplaşmasının Qırmızı Ordu Fraksiyasının (RAF) keçmiş üzvü Daniela Klette Berlində saxlanılıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb.

Prokuror Koray Freudenberqin məlumatına görə, 65 yaşlı qadın bazar ertəsi nəzarətə götürülüb. Onun saxlanma şəraiti ilə bağlı daha ətraflı məlumat verilmir.

Klettenin qonşusunun sözlərinə görə, keçmiş RAF terrorçusu Klaudia saxta adı ilə Berlinin Kreuzberg rayonunda yaşayıb. Dolanışıq üçün o, özəl riyaziyyat dərsləri verib

Alman hakimiyyət orqanları Klette və onun iki şəriki Burkhard Qarveq və Ernst-Volker Staubu 1999-2016-cı illərdə qətlə cəhddə və bir sıra ciddi quldurluqlarda ittiham edir.

Keçmiş terrorçular 30 ildir ki, axtarışda olublar.