Panama kanalı dünyanın ən bahalı kanalıdır. Buradan bir gəminin keçid qiyməti 400 min dollardır.

"Unikal" xəbər verir ki, iki okeanı birləşdirən Panama dünyanın ilk süni kanalıdır. Uzunluğu 82 km, eni isə 34 metrdir. Kanal boyunca səyahət 9 saat çəkir.

Kanalın tikintisinə 1879-cu ildə başlanılıb, 1914-cü ilin avqustun 15-i istifadəyə verilib. İnşaat zamanı malyariya və vəba kimi ölümcül xəstəliklər və böyük torpaq sürüşmələri səbəbindən təxminən 27500 işçi həyatını itirib. 

Gəmilərin Panama kanalından keçməsi 13000 km məsafə və 22 gün vaxt qənaəti deməkdir. Kilidli lift sistemi ilə işləyən kanal dəniz səviyyəsindən 28 metr yüksəkdə yerləşir.

Mayenin tarazlığı qanunundan istifadə edilərək gəmilər kanal içərisində yavaş-yavaş qaldırılır və eyni metodla digər  tərəfə doğru endirilir. Bir gəminin keçidi üçün 200 milyon litr şirin su istifadə olunur.

Normal vəziyyətdə gün ərzində kanaldan 36, ildə 14000-dən çox gəmi keçirdi. Daşınan yük miqdarı 203 milyon ton idi. Quraqlıq səbəbindən bu ilin fevral ayından gəmilərin sayı 18-ə endirilib. Bu da bir keçid qiymətinin 2,5 mln dollara qədər yüksəlməsinə səbəb olub.