Süni intellekt ilə hazırlanan ilk cizgi filmi Çində tamaşaçılara təqdim olunub. 

"Unikal" xəbər verir ki, Dövlət televiziya və radiolarının daxil olduğu "China Media Group (CMG)" tərəfindən Şanxay Süni İntellekt Laboratoriyası (SAIL) ilə əməkdaşlıq çərçivəsində istehsal olunan "Qianqiu Shisong" adlı 26 seriyalı cizgi filminin ilk bölümü dünən yayımlanıb.

İncəsənət dizaynından animasiya və post-produksiya proseslərinə qədər süni intellektlə hazırlanan cizgi filmi bu mənada ölkədə ilk hesab olunur.

Zərifə Nağıyeva