İsveçrənin Sürix şəhərində bələdiyyə işçiləri kompüter nasazlığına görə fevral ayı üçün maaşlarını iki dəfə alıblar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Sürixin maliyyə qurumu texniki səhvə görə işçilərin iki dəfə maaş aldığını təsdiq edib. Bildirilir ki, 30 min işçi əlavə 175 milyon İsveçrə frankı (200 milyon dollar) alıb.
Sürix Kanton Bankı insanlardan əlavə pulun geri qaytarılmasını tələb edib.
Gülayə Mecid